Arid-denudasion relyef
Arid-denudasion relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid və əlverişli struktur-litoloji quruluşa malik ərazilərdə geniş inkişaf etmişdir.
== Arid-denudasion relyef formaları ==
Arid-denudasion, relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid iqlimə və əlverişli struktur-litoloji qurluşa malik ərazilərdə geniş inkişaf etmişdir
Suffozion-çökmə qıfları tərkibində asan həll olunan mineralların iştirak etdiyi lyoss gillərindən təşkil olunmuş Kür-Araz, Naxcıvan, Səbadüzü, Nəvahi, Ceyrançöl çökəkliklərinin yanlarında və Qusar-Dəvəçi və Lənkəran-Muğanının dağətyi hissəsində yayılmışdır. Bu cür formalara suvarılmanın düzgün aparılmadığı bəzi sahələrdə də təsadüf edilir (məs. Gəncə-Qazax düzənliyinin Kürboyu zonasında olduğu kimi.
Gil karstları və onun formaları Cənub–Şərqi Qafqazın dağətəyində, Abşeron yarımadasının qərb hissəsində, Qobustanda, Ceyrançöl və Acınohur alçaq dağlığında, Həkəri çayının aşağı hissəsində, Naxçıvan çökəkliyində, Lənkəran Muğanının dağətəyi hissəsində və Kür çökəkliyinin daxili qalxmalarında inkişaf etmişdir. Gil karstlarının əmələgəlmə şəraitinin, onların morfoloji xüsusiyyətlərinin təhlili göstərir ki, bu prosesdə suların eroziya (mexaniki) fəaliyyəti mühüm rol oynayır.
Suların yeraltı eroziyası morfoloji cəhətdən klassik karstı xatırladan, ancaq əmələgəlmə mexanizminə görə ondan kəskin fərqlənən formalar yaradır. Süxurların litoloji tərkibi və çatlılıq xüsusiyyətləri gil karstlarının morfologiyasına əsaslı təsir göstərir. Bunları əsas götürərək D. A. Lilienberq (1955) və N. Ş. Şirinov (1975) gil karstlarının — ana süxurlarda, delüvial və terras çöküntülərində və palçıq vulkanı brekçiyalarında inkişaf edən tiplərini ayırmışlar.
Birinci tip gil karstları üçün yeraltı dəhlizlər vasitəsilə bir-biri ilə əlaqədar olan quyular, şaxtalar, çökmə qıflar xarakterik olub, Dəvəlidağ, Dəlikdaş, Dostubazı və b.